EN

Amazon saytı təqdimata hazırlaşan Samsung Galaxy Watch 7-nin özəlliklərini sızdırıb

     Samsung şirkəti artıq növbəti Galaxy Unpacked təqdimat tədbirini anons edib. Sözügedən tədbir 10 iyul tarixində Parisdə baş tutacaq. Tədbir çərçivəsində yeni qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları ilə yanaşı Galaxy Watch 7 smart saat seriyası da təqdim edilməlidir. İndi isə Amazon-un Kanada üzrə şöbəsi Galaxy Watch 7-nin texniki imkanlarını sızdırıb. Beləliklə sızdırılmış məlumata əsasən Galaxy Watch 7-nin versiyalarından biri 40 mm-lik gövdə ölçüsünə sahib olacaq.     Bununla yanaşı smart saat 3 nanometrlik prosessor vasitəsilə çalışacaq. Çox güman ki, söhbət, Exynos W940 prosessorundan gedir. Məlumatda qeyd edilib ki, smart saat özündə BioActive 2 sensorunu birləşdirəcək və o, istifadəçi səhhəti ilə bağlı göstəricilərin daha dəqiq şəkildə ölçülməsini təmin edəcək. Bütün bunlardan əlavə olaraq Galaxy Watch 7 smart saatı Galaxy AI ekosistemi çərçivəsində süni zəka funksiyalarını əldə edəcək. Söhbət, süni zəka vasitəsilə yuxu keyfiyyətinin monitorinqi, məşqlərin monitorinqi və süni zəka əsasında kommunikasiyadan gedir.

Chosen
449
technote.az

1Sources