Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan Avropa Konfrans Liqasına yeni təyinat alıb.
Arena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, “Tirana” (Albaniya) və “Torpedo” (Kutaisi, Gürcüstan) komandaları arasında keçiriləcək oyunda iş başında olacaq.
Belə ki, Zaur Hacı-Məhərrəmov Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq bu oyunda UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Qarşılaşma iyulun 18-də Albaniyada keçiriləcək. Tiranadakı “Kombetare” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Bu komandalar arasındakı ilk oyun isə iyulun 11-də Gürcüstanda baş tutacaq.