EN

Villi Sanyol: “Gürcüstan millisi ilə fəxr edirəm”

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Portuqaliyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, fransız mütəxəssisin 2:0 hesablı tarixi qələbəyə sevindikləri matç barədə fikirlərini təqdim edir:

“Düzünü desəm, oyundan əvvəl oyunçularıma nə dediyimi xatırlamıram, amma məsələnin məğzi öz futbolunu oynamaqla bağlı idi; topla və topsuz ikən – nizam-intizamı qorumaq. Mən onlara 16-17 yaşlarında necə oynadıqlarını heç bir şey fikirləşmədən xatırlamalarını söylədim, bu gün isə onlar bütün gözləntiləri aşaraq bunu parlaq surətdə icra etdilər. Sözüm çox deyil, amma oyunçularımla, onların bu üç oyunda göstərdikləri Gürcüstan siması ilə fəxr edirəm. Onların məşqçisi olmaqdan çox qürur duyuram”, deyə Villi Sanyol vurğulayıb.

Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “F” qrupunun yarış cədvəlinin yekun mənzərəsi belədir:

Portuqaliya – 6 xal
Türkiyə – 6 xal
Gürcüstan – 4 xal
Çexiya – 1 xal

Portuqaliya, Türkiyə və Gürcüstan yığmaları 1/8 finala vəsiqə qazanıblar. Çexiya millisi isə yarışla vidalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
arena.az

1Sources