Bakı, 27 iyun, AZƏRTAC
UNEP Azərbaycanın tullantıların təkrar emalı və yenidən istifadəsi istiqamətində gördüyü işlərə lazımi dəstəyi verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT Baş katibinin müavini və UNEP-in icraçı direktoru İnger Anderes COP29-la bağlı keçirilən brifinqdə deyib.
O qeyd edib ki, Azərbaycan biomüxtəlifliyin qorunması istiqamətində də müxtəlif işlər görür: “Xəzər dənizinin səviyyəsinin azalması məsələsi müzakirə edilib. Düşünürəm ki, bütün istiqamətlərdə qarşılıqlı əlaqələrimiz uğurla davam edəcək”.