EN

Astarada çaykənarı evlər üçün təhlükəli vəziyyət yaranıb

Astarada Pensərçay məcrasını dəyişib, çaykənarı evlər üçün təhlükə yaranıb.

Cənub bölgəsində ötən gündən başlayan qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib. Astara rayonunun Siyəkü kəndi ərazisində Pensərçay 40 metrə qədər məcrasını dəyişib. Sakinlər deyirlər ki, dünən gecə Pensərçayda suyun səviyyəsi 5 metrə kimi qalxıb və su həyətlərə dolub, çaykənarı evlər üçün təhlükəli vəziyyət yaranıb. Sel suları vətəndaşların həyətində sitrus və meyvə ağaclarını da yuyub aparıb.

Chosen
91
2
moderator.az

3Sources