EN

Cənub bölgəsində sel suları yol infrastrukturuna ziyan vurub (VİDEO)

Bakı. Trend:

İyunun 26-da ölkə ərazisində müşahidə olunan qeyri-sabit havaşəraiti cənub bölgəsinin avtomobil yollarında fəsadlara səbəbolub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil YollarıDövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, intensiv yağıntılar nəticəsində Lənkəran-Lerik,Masallı-Yardımlı, Cəlilabad-Yardımlı, Vəlixanlı-Alçabulaq,Gölyeri-Ləzir, Porsova, Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz,Horavar-Əngövül-Vərov-Keçələkəran avtomobil yollarında selsularının yolları yuması və özü ilə bərabər lil və qaya parçalarıgətirərək yolların hərəkət hissəsini doldurması nəticəsindəyolların bəzi hissələri yararsız hala düşmüş, suötürücü borularsıradan çıxmışdır. Bununla da yol infrastrukturuna və yolqurğularına ziyan dəyib.

Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhalmüxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi vəfasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçünAAYDA-nın xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.

Aparılan işlər çərçivəsində yollardan sel suları nəticəsindətoplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, hərəkətinfasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
11
az.trend.az

10Sources