EN

Bu bürcləri xaos gözləyir - Astroloq açıqladı

"Ay Balıqlar bürcündə səyahət edir və biz nə olacağını az-çox təxmin edirik”. 

7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur Türkiyəli astroloq Dinçer Güner bu barədə öz paylaşımında məlumat verib: 

"Ayın Balıqlar bürcünə girdiyini anladığınız anda sizi kədər dalğası əhatə edə bilər. "Niyə bu qədər emosional oldum?” deyə öz-özünüzə sual vermək əvəzinə, bir badə şərab götürüb romantik bir film izləmək daha yaxşı hiss etdirəcək. Balıqlar Ayı onsuz da sizi xəyal dünyasına aparacaq. 

Bu müddət ərzində təxəyyülünüzün sərhədlərini aşa bilərsiniz. Təbii ki, bu duyğu selinin mənfi tərəfi də var. Birdən dərin düşüncələrə dalıb öz daxili aləminizdə itə bilərsiniz. 

Həddindən artıq bədbinliyə qapılmadan əvvəl bir qəhvə için və dostlarınızla söhbət edin.  

Həm Balıqların emosionallığından, həm də yaradıcı tərəflərindən istifadə edərək ofis mühitini daha zövqlü etmək mümkündür. Özünüzə vaxt ayırmağı unutmayın. Ay Balıq bürcündə olarkən meditasiya, yoqa və ya sadəcə sakit gəzinti ruhunuz üçün yaxşı olacaq. Özünüzü əzizləyin, istirahət edin və bu emosional enerjidən müsbət mənada istifadə edin”. 

7News.Az
Chosen
63
11
7news.az

10Sources