EN

Rusiyalı mühacirlər Putini devirmək üçün plan hazırladı – NATO-da müzakirə olunacaq?

Rusiyadan qaçaraq Avropada mühacir həyatı yaşayan rusiyalı siyasətçilər NATO-nun qarşıdan gələn sammiti üçün dəaliyyət planı hazırlayırlar.

KONKRET.az Britaniyanın nüfuzlu “The Times” qəzetinə istinadla xəbər verir ki, plana qətllər, Rusiyada hərbi və siyasi sabitliyin pozulması daxildir.

“Keçmiş rusiyalı deputatlar NATO-nu sui-qəsd kampaniyasına dəstək verməyə çağırıblar. Mühacirətdə olan 60-dan çox siyasətçi bu həftə Varşavada Kremli devirmək üçün yeddi maddəlik planı müzakirə etmək üçün bir araya gəlib. Planda dövlət məmurlarının öldürülməsi, hakimiyyətin zorla dəyişdirilməsi cəhdləri də var. Sənəd həmçinin Qərbi Ukraynaya daha çox silah verməyə və Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq etməyə çağırır.

İddia olunur ki, planın əsas müəllifləri keçmiş deputat İlya Ponomaryevdir. O, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb. İlya həmçinin fəaliyyəti Rusiyada qadağan olunmuş “Rusiya Azadlığı” təşkilatı ilə əlaqəlidir.

Ponomarev Rusiya Federasiyasını 2014-cü ildə tərk edib. Əvvəlcə ABŞ-da yaşayıb, sonra Kiyevə köçüb. O, 2022-ci ildə Rusiya Silahlı Qüvvələri haqqında ifşaedici məlumatlar yaydığına görə qiyabi həbs edilib.

Planın iyunun 9-11-də Vaşinqtonda baş tutacağı gözlənilən NATO-nun 75-ci sammitində təqdim ediləcəyi iddia edilir.

Orxan HƏSƏNLİ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
5
konkret.az

8Sources