“Nottingem Forest”in müdafiəçisi Mussa Niakate karyerasını Fransada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Lion” 28 yaşlı seneqallıya iddialıdır. İngiltərə klubu maliyyə feyr-pleyinə görə futbolçu ilə ayrılmağa hazırdır.
Ötən mövsüm Niakate 23 oyun keçirib, bir qol vurub və bir qırmızı vərəqə qazanıb. Transfermarkt portalı futbolçunun dəyərini 16 milyon avro qiymətləndirir.