EN

Bölgə klubunun yeni transferi: "Azərbaycana qayıtmağı özüm də istəyirdim"

“Düzünü desəm, Azərbaycana qayıtmağı özüm də istəyirdim. Ayxan Abbasov məni “Şamaxı”ya dəvət etdi. Danışdıq və razılaşdıq. Azərbaycan Premyer Liqasını bəyənirəm. Komanda üçün əlimdən gələni edəcəm".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Şamaxı”nın yeni transferi Giorgi Kantariya deyib. Gürcü futbolçu yeni komandasının düşərgəsinə nə vaxt qoşulacağını da açıqlayıb:

“Hazırda Livandayam. Çempionluq uğrunda mübarizə aparırıq. Bir oyunumuz qalıb, onu da oynamaq lazımdır. “Şamaxı”ya iyulun 7-də qoşulacam. Yeni komandam üçün bütün gücümü meydanda qoymağa hazıram. Hər oyunda belə olacaq. Tez bir zamanda komandamla və azarkeşlərimizlə tanış olacam, onlar üçün mübarizə aparacam".

Əlavə edək ki, “Şamaxı” “Telavi”, “Zuqdidi”(hər ikisi Gürcüstan), “Neman”(Belarus), “Kəpəz” klublarında oynayıb və son olaraq Livanın “Nejmeh”də çıxış edirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
sportal.az

1Sources