EN

Gürcüstanda yüz minlərlə insan futbol yığmasının qələbəsini qeyd edib

İcraçı prodüser Sosial media reportyoru/prodüseri Sosial media redaktoru Gürcüstanın Tbilisi, Kutaisi, Batumi, Zuqdidi və digər şəhərlərində yüz minlərlə azarkeş futbol üzrə yığma komandalarının Avropa çempionatının favoritlərindən sayılan Portuqaliya üzərində 2:0 hesabı ilə gözlənilməz qələbəsini bütün gecə bayram edib. Gürcüstan millisi tarixdə ilk dəfə futbol üzrə Avropa çempionatına yüksəlib. Artıq qrup mərhələsini keçib Avropa çempionatının 1/8 finalına çıxmaqla – Gürcüstan komandası turnirin başqa bir favoriti sayılan İspaniya millisi ilə qarşılaşacaq – “futbol Gürcüstanı” 1981-ci ildən bu yana ən böyük uğura imza atıb. O vaxt baş məşqçi Nodar Axalkatsinin başçılığı ilə David Kipiani, Aleksandr Çivadze, Vladimir Qutsayev, Vitali Daraseliya və Gürcüstan futbolunun “qızıl qalaktika”sına aid edilən digər təmsilçilərindən ibarət Tbilisi “Dinamo”su “Carl Zeiss” klubuna 2:1 hesabı qalib gələrək Avropa Kubokları Kubokunu qazanıb. Həmin gecə də yüz minlərlə azarkeş Gürcüstan futbolunun Avropa ambisiyalarının əsasını qoyan tarixi qələbəni qeyd etmişdi. AzadlıqRadiosu

Chosen
106
xural.com

1Sources