EN

Son beş ayda pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 3 milyard 649 milyon manat ödənilib

Son

Bakı, 27 iyun, AZƏRTAC

Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ildə də davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin yanvar-may ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 3 milyard 649 milyon manat vəsait ödənilib.

Bu, ötən ilin müvafiq dövrünə nisbətən 352 milyon manat və ya 11 faiz çoxdur.

 

Chosen
148
5
azertag.az

10Sources