![Son](https://azertag.az/files/2024/2/1200x630/17194790605648329237_1200x630.jpg)
Bakı, 27 iyun, AZƏRTAC
Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ildə də davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin yanvar-may ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 3 milyard 649 milyon manat vəsait ödənilib.
Bu, ötən ilin müvafiq dövrünə nisbətən 352 milyon manat və ya 11 faiz çoxdur.