\"Avro-2024\"ün qrup mərhələsindəki son oyunda Türkiyəyə uduzan Çexiya millisi qrupu sonuncu yerdə başa vurub.
Nəticədə, ölkə mediası od püskürüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Çexiya mediası 20-ci dəqiqədə qırmızı kartla meydandan qovulan Barakı tənqid atəşinə tutub, hətta futbolçu xəyanətdə ittiham edilib.
Qeyd edək ki, Türkiyə 1/16-də Avstriya ilə qarşılaşacaq.
Matç iyulun 2-sində Leypsiqdə baş tutacaq.
Məryəm