EN

Ağsuda aramsız yağışlar fəsadlar törətdi, sakinlər təxliyə edildilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İyunun 26-sı axşam saatlarından başlayaraq yağan aramsız yağışlar Ağsu rayonunda fəsadlar törədib.
Oxu.Az xəbər verir ki, rayonun bir sıra kəndlərində, eləcə də şəhər ərazisində yol infrastrukturuna və təsərrüfata ziyan dəyib, yaşayış evlərinin zirzəmilərinə su dolub. Ağsu şəhəri ilə Aratlı-Curuğlu kəndini birləşdirən avtomobil yolunun 20 metrlik asfalt hissəsi tamamilə yuyularaq sıradan çıxıb.
Polis və digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub, su basmış evlərdən sakinlərin daha təhlükəsiz yerlərə təxliyə olunması həyata keçirilib.
Baş verən fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Chosen
88
6
oxu.az

7Sources