Avropa Çempionatının debütantı olan Gürcüstan böyük bir sürprizə imza atdı.
Gürcülər qrup mərhələsinin son turunda sensasiyon şəkildə güclü Portuqaliyanı məğlub edərək pley-offa yüksəldilər. Bu oyunda 5 seyv edən Georgi Mamardaşvili tarixə düşdü. ''Opta Sports''un məlumatına görə qrup o, qrup mərhələsində ən çox - 21 seyv edən qapıçı oldu. Bu, turnirin rekordunun təkrarıdı. Daha öncə AÇ-2004-də Latviya yığmasının qapıçısı Aleksandr Kolinko da qrup mərhələsini 21 qurtarışla tamamlamışdı.
AÇ-2024-də seyvlər baxımından ikinci pillədə Rumıniya yığmasının qapıçısı Florin Nitse (13) qərarlaşıb.
ƏLİ