EN

Vladanka Andreyeva: Bərk tullantıların idarə edilməsinə dair yeni konsepsiya hazırlanır

Bakı, 27 iyun, AZƏRTAC

Müasir texnologiyalar bizə bütün tullantıları yenidən istifadə, istehsal, istehlak etməyə imkan yaradır. Biz öz davranışlarımızı köklü dəyişməliyik. Təkcə hökumət, dövlət qurumları deyil, özəl təşkilatlar, ev təsərrüfatları öz qarşılarında duran məsuliyyəti dərk etməlidir. Biz resurslardan daha səmərəli istifadə etməklə tullantıların kəskin azaldılmasına nail ola bilərik.

Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

“Azərbaycan hökumətinin qarşısında böyük bir öhdəlik durur. Bu öhdəlik BMT, UNEP və UNIDO vasitəsilə Azərbaycanla birlikdə bir layihəni həyata keçirməkdir. Ötən ildən etibarən BMT-nin Avropa üzrə olan qurumu bərk tullantıların idarə edilməsinə dair yeni konsepsiya hazırlayır. Buna uyğun yeni dövlət strategiyası işlənib-hazırlanacaq. Bizim tövsiyə və təkliflərimiz Azərbaycanın dairəvi iqtisadiyyata və tullantıların dayanıqlı idarə edilməsinə keçidini təmin edəcək. COP29 ərəfəsində bunu təklif edəcəyik. BMT Azərbaycan hökumətinə özəl və digər aidiyyəti qurumlarla keçidi təmin etməyə hazır olduğunu bəyan edir. COP29 ərəfəsində olduğumuzu nəzərə alaraq forumda tullantıların dayanıqlı idarə edilməsi sahəsində dəyərli təkliflər irəli sürüləcəyinə və həmin həllərin iqtisadi cəhətdən özünü doğruldacağına inanırıq”, - deyə V.Andreyeva deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
1
azertag.az

2Sources