EN

“Təmiz Şəhər” ASC-nin İdarə heyətinin sədri: Çalışırıq ki, tullantılardan maksimum istifadə edək və onları dəyərə çevirək

“Təmiz

Bakı, 27 iyun, AZƏRTAC

"Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyəti tullantıların idarə olunması sahəsində işlər görür. Tullantılar yandırılaraq ondan elektrik enerjisi istehsal olunur, çeşidlənərək xammal kimi təkrar emala yönləndirilir, həmçinin incəsənət əsərlərinə çevrilir. Çalışırıq ki, daha da irəli gedərək, tullantılardan maksimum istifadə edək və onları dəyərə çevirək. Məqsədimiz ətraf mühitin mühafizəsinə töhfə verməkdir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Təmiz Şəhər” ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov deyib.

"İnanıram ki, “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Forumu ümuni fəaliyyətimizə dəstək olacaq. Forumun adı da Azərbaycanın bu istiqamətə önəm verdiyini göstərir", - deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
azertag.az

1Sources