![Peşəkar](https://azertag.az/files/2024/2/1200x630/17194779573354226961_1200x630.jpg)
Bakı, 27 iyun, AZƏRTAC
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
AZƏRTAC PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının I təsnifat mərhələsində Albaniyada “Tirana” və Gürcüstanın “Torpedo Kutaisi” komandaları arasında keçiriləcək oyunun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma iyulun 18-də reallaşacaq.