EN

Aramsız yağışlar Ağsu rayonunda fəsadlar törədib

İyunun 26-sı axşam saatlarından başlayaraq yağan aramsız yağışlar Ağsu rayonunda fəsadlar törədib.

APA-nın yerli bürosu xəbər verir ki, rayonun bir sıra kəndlərində, eləcə də şəhər ərazisində yol infrastrukturuna və təsərrüfata ziyan dəyib, yaşayış evlərinin zirzəmilərinə su dolub. Ağsu şəhəri ilə Aratlı-Curuğlu kəndini birləşdirən avtomobil yolunun 20 metrlik asfalt hissəsi tamamilə yuyularaq sıradan çıxıb.
Polis və digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub, su basmış evlərdən sakinlərin daha təhlükəsiz yerlərə təxliyyə olunması həyata keçirilib. Həmçinin, strateji əhəmiyyəti obyektlər və bəzi yaşayış məntəqələri polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb.
Baş verən fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
6
apa.az

7Sources