"Mən Moldova çempionatında oynadığım zaman "Şerif" daha güclü və təhlükəliydi. Hazırda Tiraspol təmsilçisi yaxşı günlərini yaşamır.Məncə, "Zirə"nin "Şerif"i keçmək üçün yetərincə şansı var. "Zirə"yə uğurlar arzu edirəm". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan yığmasının sabiq üzvü Dmitri Nağıyev deyib.
Â
Son mövsümdə Ukrayna çempionatında çıxış edən yarımmüdafiəçi gələcək planları ilə də bağlı danışıb: "Obolon"la müqaviləm başa çatıb. Hazırda azad agentəm. Azərbaycan klublarından təklif gəlsə dəyərləndirə bilərəm. Orda mənə əziz olan çox insanlar var. Yenidən Vətəndə çıxış etmək istəyərəm".
Â
Qeyd edək ki, 28 yaşlı müdafiəçi başa çatan mövsümdə "Obolon"un heyətində ümumilikdə 23 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. ABDULLA İSMAYILOĞLU