EN

İtaliya millisinin futbolçuları arasında qalmaqal - "Məhəbbət üçbucağı"

İtaliya millisində "məhəbbət üçbucağı" konfliktə səbəb olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.

 

Qeyd olunub ki, bazar ertəsi İtaliya yığması futbol üzrə Avropa çempionatının qrup mərhələsinin oyununda az qala Xorvatiyaya uduzurdu. 90-cı dəqiqədə 29 yaşlı yarımmüdafiəçi Mattia Zakkani hesabı bərabərləşdirərək komandanı xilas edib.

 

Nəşrin məlumatına görə, onun digər yarımmüdafiəçi - 24 yaşlı Nikolo Zaniolo ilə gərgin münasibəti var. Düşmənçiliyin səbəbi sevgi məsələsidir.

 

Belə ki, Zakkani 26 yaşlı italyan model Çiara Nasti ilə evlidir. Onların bir oğlu var. Lakin "Bild" yazır ki, model 2021-ci ilin aprelinə qədər Zaniolo ilə görüşürmüş. O, son vaxtlara qədər paytaxtın “Roma” klubunda çıxış edib.

 

Matçların birində azarkeşlər qışqırıblar: "Zakkaninin oğlu Zaniolodandır!".

 

Zaniolo isə buna gülüb. Nasti sosial şəbəkələrdə hadisəyə reaksiya verib: "Luzersiniz, həm də axmaq!".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
modern.az

1Sources