Dünyada karbon emissiyalarının azaldılması səyləri davam edərkən, Danimarka kənd təsərrüfatı üçün dünyada ilk karbon vergisini elan etdi.

İndex.az xəbər verir ki, Danimarka hökumətinin yeni təklifinə görə, 2030-cu ildən başlayaraq heyvandarlıqçılardan inək, qoyun və donuz başına parnik qazı emissiyalarına görə vergi tutulacaq.

Vergilər naziri Jeppe Bruus, planın Şimali Avropa ölkəsinin 2030-cu ilə qədər istixana qazı emissiyalarını yüzdə 70 azaltmağı hədəflədiyini ifadə edib:

“2045-ci ildə iqlim neytral olma yolunda daha böyük bir addım atacağıq. Danimarkanın dünyada kənd təsərrüfatına real CO2 vergisi tətbiq edən ilk ölkə olacaq. Digər ölkələrin də eyni təcrübəyə əməl edəcəyinə ümid edirəm”.