Bakı, 27 iyun, AZƏRTAC
Azərbaycan hər zaman ətraf mütinin mühafizəsi istiqamətində vacib addımlar atıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Sıfır Tullantı Fondunun prezidenti Səməd Ağırbaş “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” Beynəlxalq Forumunda deyib.
O qeyd edib ki, Azərbaycanın iqlim dəyişikliyi probleminin həlli istiqamətində gördüyü işlər beynəlxalq arenada yüksək qiymətləndirilir: “Məlumat üçün bildirim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkiyə Sıfır Tullantı Fondu arasında “Xoş niyyət” anlaşması imzalamağı planlaşdırırıq”.