EN

Xalq Makrondan qurtulmaq istəyir

Bakı. Trend:

"Avropa ölkə bilər" - Fransanın prezidenti Emmanuel Makron beləxəbərdarlıqla çıxış etmişdi. Halbuki ölüm təhlükəsi ilə qarşılaşanelə Makron hakimiyyəti və makronizmdir.

Avropa Parlamentinə seçkilərdə məğlubiyyətə Emmanuel Makron çoxriskli qərarla cavab verərək ölkədə növbədənkənar parlamentseçkiləri elan etmişdi.

Bu qərar E.Makronun yeni siyasi avantürasıdır, yoxsa Parisinsiyasi elitalarının çox hiyləgər çoxgedişli planıdır?

Fransanın siyasi landşaftı dəyişir. Emmanuel Makron və onunlider olduğu "İntibah" partiyası sürəkli gerilədi, ölkəparlamentinin aşağı palatası buraxıldı, radikal solçular çoxsaylıvə genişmiqyaslı etiraz aksiyalarına başladılar.

Ölkədə növbədənkənar parlament seçkilərinin ilk turu oyunun30-da, ikinci tur isə iyulun 7-də keçiriləcək.

Avropa Parlamentinə seçkilərdə təqribən 40 faiz səstoplamış ifrat sağçılarla radikal mühafizəkarlar birləşiblər.Fransanın ən böyük həmkarlar təşkilatları olan CGT, CFDT, "Unsa",FSU və "Unef" küçələrə yüz minlərlə insan çıxarırlar.

"Məğlub olmamış Fransa", "Ekoloqlar", Sosialist və Kommunistpartiyaları isə birləşərək "Yeni Xalq Cəbhəsi" koalisiyasıyaradıblar.

Koalisiyanın seçki proqramında bildirilir ki, birləşmiş solçulargündəlik tələbat mallarının qiymətlərini dondurmaq, təqaüd yaşınınartırılması və işsizlik sığortasının islahatları barədə E.Makronunfərmanını ləğv etmək niyyətindədir.

Sağçılarla solçular əmək fəaliyyətinə görə təqaüdün məbləğiniminimum əmək haqqına, qocalığa görə təqaüdü isə minimum yaşayışhəddinə çatdırmaq istəyirlər. Ən başlıcası isə onlar Fransadafasiləsiz bahalaşmanı nəzərə alaraq minimum əməkhaqqını bütünvergilər çıxılandan sonra 1600 avro etmək istəyirlər.

Fransız kəndlilərə və fermerlərə məhsullara görə minimal alışqiymətləri vəd olunubsa, iri aqrar və ticarət korporasiyalarıngəlir vergiləri artırılacaq.

Solçularla sağçılar Fransada "Vahid Kənd Təsərrüfatı Siyasəti"(GAP) proqramının da dəyişdiriləcəyini vəd edirlər.

Bütün bunlarla yanaşı, Emmanuel Makronun sosial mənzillərininşasına dövlət dotasiyalarının dayandırılması barədə fərmanınınləğv ediləcəyi, dövlət səhiyyəsinin və təhsilinin xilas ediləcəyidə vurğulanır.

Bu və digər yeniliklərin Emmanuel Makronun 7 illikhakimiyyəti və 3 ildən bəri səngiməyən inflyasiya nəticəsində həyatşərtləri ağırlaşmış şəxslərin yaşamlarının normallaşmasınayönəldiyi söylənilir.

Fransada vətəndaşların əksəriyyəti belə vəziyyətdədir.

Makronun rəqibləri Fransanın "dənizötəsi əraziləri" adlandırdığımüstəmləkələri ilə bağlı problemləri də həll etməkniyyətindədirlər. İlk əvvəl "Yeni Kaledoniya" adlandırılanKanakiyada sülh və əmin-amanlıq bərqərar olmalı, irqçilik vəneomüstəmləkəçilik siyasətinə son qoyulmalıdır.

Solçuların vahid cəbhəsi seçki dairələrini uğurlabölüşdürə bilib. Belə ki, 229 dairə solçu-populist "Məğlub olmamışFransa"ya, 175 dairə - sosialistlərə, 92 dairə - ekoloqlara, 50dairə kommunistlərə çatıb.

Jan-Lük Melanşonun rəhbərlik etdiyi "Məğlub olmamış Fransa"Avropa İttifaqı və NATO ilə bağlı radikal yeniliklər, yaxudislahatlar niyyətində deyil.

Radikal sağçıların düşərgəsində də ziddiyyətlər var. Marin LePenin lider olduğu "Milli Vəhdət" bəyan edib ki, Erik Zemmurunbaşçılıq etdiyi ultrasağçı "Rekonkista" Partiyası ilə koalisiyaqurmaq fikirləri yoxdur. Əvəzində "Milli Vəhdət" hazırda ErikÇiottinin sədr olduğu mühafizəkar Respublikaçılar Partiyası iləalyans qurmağa can atır.

Bu günə olan məlumatlara görə, Respublikaçılar Partiyasındantəxminən 70 nəfər "Milli Vəhdət"in namizədləri ilə eyni siyahıdayer alacaqlar.

Respublikaçılar mühafizəkar qollistlər olsalar da, miqrantlarməsələsində sağ populistlərlə eyni baxışlara malikdirlər.

Emmanuel Makronun parlamentin buraxılması barədə qərarı ilkəvvəl onun tərəfdarlarını və dövlət qulluqçularını şoka salıb.Parlament seçkilərində məğlubiyyətə uğrayacağı təqdirdə prezidentinistefa verəcəyi də vurğulanırdı. Lakin Emmanuel Makron bəyan etdiki, növbədənkənar parlament seçkilərində uğursuzluğa duçar olsabelə, postunu tərk etməyəcək.

Onun tərəfdarları və Parisdəki hakim siyasi isteblişmentinmənsubları arasında iqtidardakı "İntibah"ın seçkiqabağıkampaniyasına E.Makronun yox, baş nazir Qabriel Attalın rəhbərolmasını arzulayanların sayı sürətlə artır.

E.Makronun daxili siyasətindəki mövqelərində maraqlı nüans var:o, başçılıq etdiyi "İntibah"ın uğursuzluğunun başlıca səbəbiqismində "hakimiyyətə təsadüfi qüvvələrin gəlişini istisna etməyənmövcud siyasi sistem"i görür.

Fransa prezidentinin hakimiyyətdə qalmasını təmiin etməsi üçünKonstitusiyaya dəyişikliklərə əl atacağı istisna deyil.

Məhz bu səbəbdən Emmanuel Makronun orta statistik fransızlarısol və ya sağ düşərgədən gələn radikalizmlə qorxutmağa çalışmasıtəsadüfi deyil.

O, BFM TV telekanalına verdiyi müsahibəsində bildirib ki,solçularla sağçıların ifrata varmaları nəticəsində Fransa vətəndaşmüharibəsi təhlükəsi ilə qarşılaşa bilər.

"Marin Le Penin ifrat sağçı "Milli Vəhdət" Partiyası insanlarımənşəyinə və dini mənsubiyyətinə görə ayıraraq vətəndaşlarıqarşıdurmalara təhrik edir. Jan-Lük Melanşonun solçuların "YeniXalq Cəbhəsi" alyansına daxil olan "Məğlub olmamış Fransa"Partiyası isə öz kommunitarizm formulunu təklif edir ki, bunun danəticəsi vətəndaş müharibəsi ola bilər. Çünki Melanşon insanlarıicma və ya dini mənsubiyyətinə görə ayırır", - E.Makron deyib.

Onun sözlərinə görə, cəmiyyətdəki problemlərin çox sürətlihəllini təklif edən bu iki ifrata varmaya fransızlar aldanmamalı,iki-üç il səbr etməli, təhlüksizliyin və qanunun təminatınaçalışmalıdırlar.

Göründüyü kimi, Emmanuel Makron həm sağ, həm də sol düşərgələrləkoalisiyaları içdən parçalamağa çalışır, mülayim Sosialistlər və yaRespublikalçılar partiyaları ilə anlaşmaya gedə biləcəyini istisnaetmir.

Bütün bu oyunlar və hiylələr E.Makrona kömək etməyəcək.Qarşıdakı seçkilərlə bağlı rəy sorğulanının nəticələri hələlikaçıqlanmasa da, nüfuzlu "İpsos"un milli seçki modelininhazırlayaraq əhalinin rəyini öyrəndiyi ötən sorğunun sonucları var.Həmin sonuclara görə, Fransada radikal və hətta ifrat sağçılarparlament seçkilərində əhəmiyyətli səs çoxluğu ilə qalib gələbilərlər.

Ancaq bütün bunlarla yanaşı, yaşananların Parisdəki hakimiyyətelitalarının çox hiyləgər və düşünülmüş oyunu olması da istisnaedilmir. Belə ki, parlamentin buraxılması, növbədənkənar seçkilərinkeçirilməsi və hətta iqtidardakı siyasi isteblişmentlə bizneselitaların birgə strategiyasının tərkib hissəsi olduğunu deyənlərdə az deyil.

Həmin strategiya məcburi, amma uzunmüddətliplandır.

Fransada illərdən bəri davam edən dərin iqtisadi və siyasiböhran fonunda ölkədə ifrat sağçılarla solçuların populyarlığısürəkli artır. Belədə sağçıların namizədinin 2027-ci ildəkeçiriləcək prezident seçkilərində qələbəsi istisna deyil.

İndisə növbədənkənar parlament seçkilərində deputatmandatlarının çoxunu qazanacağı şübhə doğurmayan ifrat sağçı "MilliVəhdət" Partiysı çoxluqla yanaşı, hökumətdə nazir postlarının daböyük qisminə yiyələnəcək və Makron hakimiyyətinin bütünproblemlərinə, yarıtmaz və yaramaz siyasətinə görə məsuliyyətimakronçularla paylaşmaq məcburiyyətində qalacaq.

İfrat sağçıların ifrat solçularla amansız mübarizəsi isə onlarınhər ikisini zəiflədə bilər. Nəticədə liberal qlobalist güclərinyeni və ya "köhnə" namizədinin 2027-ci ildə Fransada keçiriləcəkprezident seçkilərində qələbəsiin təminatı asanlaşacaq.

Bununla yanaşı, Emmanuel Makronun daxili siyasətdəkiuğursuzluqlarını ört-basdır etmək üçün xarici siyasətdə aqressiv,radikal və neokolonial siyasətini daha da aktivləşdirəcəyitəxminlənir.

Növbədənkənat parlament seçkilərində ifrat sağçıların qələbəsi,ifrat solçuların əhəmiyyətli sayda mandat əldə etmələri nəticəsindəFransa uzun sürəcək siyasi qeyri-stabillik dövrünə daxil olacaq.Ölkədə millətçi və islamofob siyasət güclənəcək, iqtisadi və sosialproblemlər ağırlaşacaq.

Fransanın problemləri mütləq şəkildə Avropa İttifaqında böhranvəziyyəti yaradacaq, çünki problemlər Parisdən brüsselə maliyyə vədiplomatik yollarla keçir.

Emmanuel Makronun bərbad daxili siyasəti nəticəsindəFransa çox ağır maliyyə böhranındadır. Ölkənin dövlət borcu ÜDM-in110 faizinə, büdcə kəsiri isə 5,5 faizə çatıb.

İfrat sağçılarla ifrat solçular büdcə xərclərinin artırılmasını,maaşların yüksəldilməsini və vergilərin azaldılmasını vədetdiklərindən, onların hakimiyyətə yiyələnmələri borclarla kəsiridaha da çoxaldacaq.

… “İfop”un keçirdiyi sosioloji araşdırmalarınnəticələrinə görə, hazırda “Milli Vəhdət” 36 faiz səslə lider mövqetutur, solçuların “Yeni Xalq Cəbhəsi” koalisiyası 29,5 faiz səsləikinci yerdədir.

Hakimiyyət koalisiyası cəmi 20,5 faiz səs toplaya bilib.

Növbədənkənar seçkilərdə mandatların çoxunu ifrat sağçı "MilliVəhdət" qazanarsa, onda Emmanuel Makron baş nazir postuna qalibpartiyanın liderlərindən birini təyin etməlidir.

Fransada bunu "birgəyaşam" ("cohabitation")adlandırırlar.

Marin Le Penin partiyasından baş nazir postuna namizəd "MilliVəhdət"in sədri Jordan Bardelladır.

Fransada 1958-ci ildə Konstitusiyaya dəyişikliklər ediləndən vəBeşinci Respublika bərqərar olandan bəri parlament seçkilərindəmüxalifətin qalib gəldiyi, baş nazirin bir, prezidentin isə digərsiyasi düşərgədən olduğu 3 vəziyyət yaşanıb

Son dəfə belə vəziyyət prezident Jak Şirak və baş nazir LionelJüspenin dönəmindəki "birgəyaşam" zamanı idi.

Bəhs etdiyimiz situasiya təkrarlanarsa, Emmanuel Makronun2027-ci ilədək, yəni yeni prezident seçkilərinədək səlahiyyətləriəhəmiyyətli dərəcədə zəifləyəcək.

Təbii, silahlı qüvvələrə komandanlıq və ya xarici siyasətənəzarət onun əlində olacaq, amma Fransanın daxili siyasətinəbütünlüklə Makronun siyasi rəqibləri nəzarət edəcəklər.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
5
az.trend.az

6Sources