EN

Putin Konqo Respublikasının prezidentini “Şərəf” ordeni ilə təltif edib

Rusiya prezidenti Vladimir Putin Konqo Respublikasının lideri Denis Sassu Nqessonu “Şərəf” ordeni ilə təltif edib.

Doğru.az xəbər verir ki, bunu hüquqi aktların rəsmi dərci portalının məlumatları sübut edir.

Prezidentin sərəncamında deyilir ki, Denis Sassu Nqesso Rusiya ilə Konqo Respublikası arasında “münasibətlərin inkişafına və möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə” təltif edilir.

Bundan əvvəl Konqo Respublikasının Prezidenti Denis Sassu Nqesso Moskvaya gəlib.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
dogru.az

1Sources