EN

AVRO-2024: 14 ildən sonra...

Slovakiyalı yarımmüdafiəçi Yuray Kuçka AVRO-2024-ün qrup mərhələsinin III turunda Rumıniya ilə oyunda (1:1) məhsuldar ötürmə verib. Matc.az xəbər verir ki, bu, 37 yaşlı futbolçu üçün əlamətdar hadisə olub. Belə ki, Kuçka 14 ildən sonra böyük turnirdə bunu bacarıb. Bu, hansısa avropalı oyunçu üçün böyük turnirdə iki məhsuldar ötürmə arasındakı ən uzun fərqdi. Qeyd edək ki, E qrupunda 4 xalla üçüncü yeri tutan Slovakiya yığması 1/8 final mərhələsinə yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
matc.az

1Sources