12 yaşlı Xviça Kvaratsxeliyanın Kriştiano Ronaldo ilə fotosu internetdə geniş yayılıb.

Offsideplus.az xəbər verir ki, şəkil 2013-cü ildə Tbilisidə futbol akademiyasının açılışı zamanı çəkilib. Dünən hücumçular Avro-2024-ün qrup mərhələsinin 3-cü turunun Gürcüstan və Portuqaliya yığmaları arasında keçirilən oyununda üz-üzə gəlib. İkinci dəqiqədə Xviça qol vurub və komandası 2:0 hesabı ilə qalib gələrək tarixdə ilk dəfə böyük turnirin pley-off mərhələsinə vəsiqə qazandı.