EN

Dünyaya dərman ixrac edən Hindistanda astma necə müalicə olunur ( FOTO )

Bakı,TurkicWorld

Astma hər yay, astronomik hesablamalara görə əlverişli hesab edilən iyun-iyul aylarına təsadüf edir və digər tənəffüs xəstəliklərindən əziyyət çəkən on minlərlə insan Hindistanın cənubunda yerləşən Heydərabad şəhərinə axın edir.

İnsanların bura gəlmə səbəbi isə burada astamanın özünəməxsus müalicəsidir. Belə ki, burada astma balıq udmaqla müalicə edilir.

Müalicə pulsuz olsa da, hər balığın qiyməti 40 rupi və ya təxminən yarım ABŞ dollarıdır.

Ənənəvi “müalicə” tez-tez qusma, bəzən allergiya bəzən isə zəhərlənmə ilə müşayət olunur.

İnsan haqları qrupları və həkimlər bu “qeyri-elmi” müalicəyə qarşı çıxsalar da, bunu insan hüquqlarının pozulması hesab etsələr də, Hindistan hökuməti hər il “Balıq müalicəsi” festivalı üçün xüsusi qatarlar təşkil edir, həmçinin əlavə polis qüvvələri göndərir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources