EN

Gürcüstan millisinin çalışdırıcısı: "1/8 finala yüksəlməyin mümkün olduğunu düşünmürdük"

AVRO-2024-ün 1/8 finalında Gürcüstan millisi İspaniya ilə qarşılaşacaq. 

Apasport.az xəbər verir ki, qonşu ölkə təmsilçisinin baş məşqçisi Villi Sannol İspaniya ilə matçdan gözləntilərini bölüşüb:

“1/8 finala yüksəlməyi xəyal edirdik, amma bunun mümkün olduğunu düşünmürdük. Portuqaliya ilə oyundan öncə pley-offdakı mümkün rəqibləri öyrənməmişdik. İspaniya yəqin ki, bütün qrup mərhələsinin ən yaxşı komandasıdır və bizi daha bir ciddi sınaq gözləyir. Bilmirəm, bu, bizim üçün çox ciddi olacaq, amma biz əvvəlki oyunlarda olduğu kimi ilk dəqiqələrdən sona qədər mübarizə aparacağıq”. 

Qeyd edək ki, qrup mərhələsinin son turunun oyununda gürcülər Portuqaliya millisinə qalib gəlib - 2:0. Beləliklə, gürcülər tarixdə ilk dəfə turnirin pley-off mərhələsinə vəsiqə qazanıblar. 1/8 finalda Sanolun yetirmələri İspaniya ilə qarşılaşacaq. Matç iyunun 30-da baş tutacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
apasport.az

1Sources