EN

Niderlanddan İsrailə sərt ittiham - Səfir nazirliyə çağırıldı

Niderland İsrailin Haaqadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Səbəb Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrail rəsmilərinə qarşı araşdırmalarının qarşısını almaq məqsədi daşıyan casusluq fəaliyyətləri barədə məlumat verməkdir.

Publika.az xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Açıqlamada Niderlandın BCM-nin araşdırmalarına mane olması ilə bağlı narahatlığının İsrail səfirinə çatdırıldığı qeyd edilib.

Həmçinin Niderland hökuməti BCM və digər qurumlara qarşı casusluq fəaliyyətlərini xarici müdaxilənin arzuolunmaz forması kimi qiymətləndirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
publika.az

1Sources