EN

Komitə sədri: Dünyada istifadə olunan bütün resursların 10 faizi tullantıya çevrilir

Bakı, 27 iyun, AZƏRTAC

Ətraf mühitin çirklənməsi hər il dünyada 12,6 milyon insanın ölümünə səbəb olur. Ətraf mühitin qeyri-qənaətbəxş vəziyyəti dünya üzrə bütün ölümlərin 23 faizinə, 5 yaşadək uşaqlar arasında ölümlərin 26 faizinə səbəb olur.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

“Dünyada hər il 7-10 milyard ton bərk məişət tullantısı əmələ gəlir. Dünyada istifadə olunan bütün resursların demək olar ki, 10 faizi tullantıya çevrilir. Bərk kommunal tullantıların payına 2 milyard ton düşür. Müxtəlif ölkələrdə sənaye tullantılarının miqdarı gəlir səviyyəsindən, sənayeləşmədən, iqtisadiyyatın strukturundan asılıdır. Ən böyük həcmli tullantılar mineral ehtiyatların hasilatında, metallurgiyada və digər sahələrdə yaranır”, - deyə S.Qurbanov bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
1
azertag.az

2Sources