EN

"Təmiz Şəhər" ASC-nin sədri COP29 ərəfəsində fəaliyyətdən danışıb

Bakı. Trend:

"Təmiz Şəhər" ASC ətraf mühitə fayda vermək üçün tullantılardanmaksimum istifadəni hədəfləyir.

Trend xəbərverir ki, bu barədə jurnalistlərə "Təmiz Şəhər" ASC-nin İdarəHeyətinin sədri Etibar Abbasov Bakıda keçirilən "Yaşıl dünya naminəHəmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlıbeynəlxalq forumun kuluarlarında deyib.

"Bugünkü forum COP29-a hazırlığa öz töhfəsini verəcək vədayanıqlı inkişaf məqsədləri üzrə mühüm məsələləri müzakirə etməyəimkan verəcək", - deyə o bildirib.

Onun sözlərinə görə, "Təmiz Şəhər" ASC tullantıların idarəolunması üzrə aktiv şəkildə çalışır, Balaxanı Bərk MəişətTullantılarının Yandırılması Zavoduna nəzarət edir və öz fəaliyyəti(tullantıların yandırılması) sayəsində təmiz elektrik enerjisi(ümumi elektrik şəbəkəsinə daxil olur) istehsal edir.

"Bugünkü "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçüntullantıdan dəyərə" adlı tədbir Azərbaycanda bu istiqamətə nə qədərönəm verildiyini göstərir", - deyə E.Abbasov qeyd edib.

O bildirib ki, ASC tullantılardan elektrik enerjisi hasiletməklə yanaşı, tullantıların bir qismini çeşidləyir və onlardanxammal qismində istifadə edir.

"ASC inanır ki, fəaliyyəti qarşıdakı COP29 gündəliyinə öztöhfəsini verəcək. Azərbaycan COP29-a layiqincə ev sahibliyiedəcək, biz bundan əminik", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
az.trend.az

1Sources