EN

ABŞ-ın İsrailə 6,5 milyard dollar yardım etdiyi açıqlandı

ABŞ-ın nüfuzlu qəzetlərindən olan “Washington Post” ABŞ-ın oktyabrın 7-dən İsrailə 6,5 milyard dollar yardım etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, oktyabrın 7-də HƏMAS-ın silahlı qanadı olan Qəssam Briqadalarının hücumundan sonra beynəlxalq ictimaiyyətin reaksiyasına baxmayaraq Fələstində mülki insanları hədəf alan İsrailin ABŞ-dan böyük yardım aldığı üzə çıxıb.

ABŞ-ın nüfuzlu qəzetlərindən olan Washington Post, ABŞ-ın 2023-cü ilin oktyabr ayından İsrailə 6,5 milyard dollar yardım etdiyini açıqlayıb. Qəzetə danışan və adını açıqlamayan ABŞ prezidenti Co Baydenin yüksək səviyyəli komandasının üzvü də göndərilən hərbi yardımın demək olar ki, yarısının yalnız keçən ay verildiyini bildirib.

"Bu, böyük təşəbbüsdür" dedi rəsmi. Rəsmi həmçinin bildirib ki, bu rəqəmləri İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtonu ona dəstək verməməkdə ittiham etməsi səbəbindən bu yaxınlarda açıqlayıb. Xəbərdə bu rəqəmlərin bu həftə Vaşinqtonda Ağ Evin yüksək rütbəli rəsmiləri ilə İsrailin müdafiə naziri Yoav Gallant arasında keçirilən görüşlərdə də xatırlandığı bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
turkustan.az

1Sources