EN

Kosovonun baş naziri Kurti Serbiya prezidenti Vuçiçlə görüşdən imtina edib

Kosovonun baş naziri Albin Kurti Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Belçikada keçirilən Belqrad-Priştina Dialoq Toplantısı çərçivəsində üçtərəfli görüşdə Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşdən imtina edib.

Editor.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən Belqrad-Priştina Dialoq Toplantısı çərçivəsində Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Kosovo Baş naziri Albin Kurti və Serbiya Prezidenti Aleksandr Vuçiç ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib. Danışıqlarda Aİ-nin Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak da iştirak edib.

Serbiya prezidenti Vuçiç AB nümayəndələri ilə görüşündən sonra mətbuata verdiyi açıqlamada deyib: “Sizə Kurti ilə növbəti görüşün keçirilmədiyini bildirmək istərdim. Kurti mənimlə görüşmək istəmədi və ya görüşməyə cəsarət etmədi. Bunun səbəbini ondan soruşun. Məncə, bunun səbəbini Avropa rəsmilərindən eşidəcəksiniz. Heç bir görüş olmayıb”. Görüşə üç dəfə qayıtdığını bildirən Vuçiç, Borrell və Laycakın ona Kurtinin onunla görüşməyə hazır olmadığını və dialoqun baş müzakirəçilər vasitəsilə davam etdiriləcəyini söylədiklərini ifadə edib.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
2
editor.az

4Sources