EN

Bu gündən Moskvada güclü istilər başlayır

İyunun 27-dən etibarən Rusiyanın paytaxtı Moskvada güclü istilər başlayacaq.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus danışıb.

“Regionda hava qərbdən yaxınlaşan barik maksimuma görə formalaşacaq. Buludların sıxlığı və miqdarını azalacaq, yağış ehtimalı minimuma enəcək. Həmçinin temperatur nəzərəçarpacaq dərəcədə artacaq”, - deyə meteoroloq bildirib.

Sinoptikin sözlərinə görə, paytaxtda termometrlər müsbət 25-27 dərəcəni, Moskva vilayətində isə 23-28 dərəcəni göstərəcək.

Şimal küləyi saniyədə 4-9 metr sürətlə əsəcək. Atmosfer təzyiqi bir qədər yüksələrək 749 millimetr civə sütununa bərabər olacaq.

Leus sabah üçün yağıntısız və havanın temperaturunun 29-31 dərəcə isti olacağını proqnozlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
2
baku.ws

3Sources