![](https://sportnet.az/uploads/posts/2024-06/medium/1719472751_gur.jpg)
Gürcüstan millisi Avropa çempionatlarında pley-offa yüksələn səkkizinci debütant komanda olub.
Sportnet.az xəbər verir ki, ilk dəfə Portuqaliya yığması qatıldığı AVRO-1984-də qrupdan çıxıb.
Daha sonra İsveç (1992), Xorvatiya (1996), Uels, Sloveniya, Şimali İrlandiya və İslandiya (2016) debütdə 1/8 finala yüksələn yığmalar olub.
Qeyd edək ki, Gürcüstan millisi yer aldığı F qrupunda 4 xalla üçüncü yeri tutaraq növbəti mərhələyə adlayıb.