EN

Qiyamçı general həbs edildi

Hökumət sarayına yaxınlaşan hərbi birləşmələrə rəhbərlik edən boliviyalı general Xuan Xose Zuniqa Baş Prokurorluğun göstərişi ilə polis tərəfindən saxlanılıb.

Editor.az bildirir ki, bu barədə Boliviya televiziyası məlumat yayıb. Yayımlanan kadrlarda general polis əməkdaşlarının müşayiəti ilə Baş Qərargah binasını tərk edib. Daha sonra onu maşına mindiriblər.

Əvvəllər generalın əmri ilə Boliviya hökumətinin sarayının ərazisini zəbt edən hərbi birləşmələr qiyam yerini tərk etməyə başlayıb. Hərbçilər saray ərazisini tərk etdikdən sonra Boliviya prezidenti Luis Arce hökumət binasının eyvanından çıxış edib. O, general Zuniqanın bölmələrinin hərəkətlərini çevriliş cəhdi adlandırıb və polisə “demokratiyaya sadiq qaldığına” görə təşəkkür edib.

Xatırladaq ki, iyunun 26-da günortadan sonra hərbi hissələr hökumət sarayının ətrafını mühasirəyə alıb və zirehli texnikanın köməyi ilə qapıları sındıraraq binaya daxil olmağa cəhd ediblər. Bu hərbçilərin hərəkətlərinə rəhbərlik edən general Zuniqa bəyan edib ki, o, “vətəni qaytarmaq”, hazırkı nazirlər kabinetini dağıtmaq və yenisini çağırmaq niyyətindədir. Bir gün əvvəl işdən çıxarıldı, lakin bu qərarla razılaşmadı.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
editor.az

1Sources