EN

Trampın Ukrayna ilə bağlı “sülh planı” üzə çıxıb: Ağ Evin reaksiyası

“Döyüş əməliyyatlarına son qoymaq üçün Rusiya ilə danışıqlara başlamaq qərarı Ukrayna tərəfindən veriləcək”. Bizimyol.info xəbər verir ki, bu sözləri ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə müşavirlərinin Donald Trampa təklif etdiyi “sülh planı” ilə bağlı məlumatları şərh edərkən deyib. Onun sözlərinə görə, prezident Co Bayden ardıcıl və qətiyyətlə Ukraynanı dəstəkləyir: “Biz Ukraynanı müdafiəsində dəstəkləyən 50-dən çox ölkədən ibarət qlobal koalisiya yaratmışıq. Bayden bu yaxınlarda İtaliyada keçirilən G7 sammitində Ukrayna ilə tarixi ikitərəfli təhlükəsizlik sazişi imzalayıb. O, başa düşür ki, Ukraynanın döyüş meydanında mövqeyi nə qədər güclü olsa, vaxtı gələndə danışıqlar masası arxasında bir o qədər cəsarətli olacaq və bilirsiniz, o vaxt gələndə kim qərar verəcək? Təbii ki, ölkənin rəhbəri - Prezident Zelenski”, - deyə Kirbi qeyd edib. O vurğulayıb ki, Vaşinqtonun mövqeyi - “Ukraynasız Ukrayna haqqında heç nə yoxdur”, dəyişməz qalır: “Prezident Zelenski hazır olduqda güclü mövqedən danışıqlar aparmaq üçün lazım olan hər şeyə sahib olmasını təmin etməkdə israrlıyıq. O, bizim dəstəyimiz olduğunu və 50-dən çox ölkə tərəfindən dəstək aldığını bilir”, - deyə o əlavə edib. Kirbinin fikrincə, Ağ Ev Ukraynanı ərazi güzəştlərinə getməyə məcbur etmək fikrində deyil, çünki Putinə Ukraynanı fəth etməyə icazə verilsə, bunun nəticələri ağır olacaq. Ötən gün “Reuters” yazıb ki, Donald Trampın iki əsas müşaviri - Keyt Kelloq və Fred Fleyts ona Ukraynadakı müharibəni bitirmək planını təqdim ediblər. Qeyd olunub ki, bu plan Ukraynanın yalnız sülh danışıqlarına girəcəyi təqdirdə daha çox Amerika silahı ala biləcəyini nəzərdə tutur. Daha sonra Trampın kampaniyası aydınlaşdırıb ki, əgər o, yenidən ABŞ prezidenti seçilərsə, onun prioriteti Rusiya və Ukrayna arasında müharibəni mümkün qədər tez bitirmək olacaq, lakin eyni zamanda, təhlükəsizliyin dəstəklənməsi üçün Avropa ölkələri bu işdə daha çox kömək etməlidir. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
1
bizimyol.info

2Sources