EN

Nazir Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə gedib

27 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb. Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib. Qeyd edilir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Chosen
82
31
bizimyol.info

10Sources