Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 27 iyun 2024-cü il tarixində Gürcüstana rəsmi səfərə yola düşüb.
525.az-a bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Bizi Facebookda izləyin