EN

“Prius”un vurduğu yeniyetmə 4 gün sonra öldü

Zaqatalada avtomobilin vurduğu 14 yaşlı oğlan ötən gün xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, iyunun 22-də A.Ömərovun “Toyota Prius” markalı avtomobillə şəhərin Anar Həmidov küçəsində vurduğu Əkbər Ülvi oğlu Alxasovun həyatını xilas etmək mümkün olmayıb. Yeniyetmə ötən gün Zaqatala Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources