EN

1.8 milyard insan risk altındadır - ÜST-dən AÇIQLAMA » Medical Media



1,8 milyard yetkin insan kifayət qədər fiziki fəaliyyət göstərmədiyi üçün xəstəlik riski altındadır.

Tədqiqat ÜST-dən olan tədqiqatçılar tərəfindən akademik həmkarları ilə birlikdə aparılıb və “The Lancet Global Health” jurnalında dərc olunub.

Tədqiqatda deyilir ki, dünya üzrə böyüklərin təxminən 31%-i, təxminən 1,8 milyard insan 2022-ci ildə tövsiyə olunan fiziki fəaliyyət səviyyəsinə uyğun gəlməyib. Tapıntılar böyüklər arasında fiziki fəaliyyətsizliklə bağlı narahatlıq doğurur. Belə davam edərsə, 2030-cu ilə qədər hərəkətsizlik səviyyəsinin daha da 35%-ə yüksələcəyi proqnozlaşdırılır. 

Ümumdünya Səhiyyə Təşkilatı böyüklərə 150 dəqiqə orta intensivlikdə fiziki fəaliyyət və ya 75 dəqiqə güclü fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edib. Fiziki hərəkətsizlik böyüklərdə infarkt, insult, 2-ci tip diabet, demans, döş və kolon xərçəngi kimi ürək-damar xəstəlikləri riskini artırır.

Narahatlıq doğuran odur ki, cins və yaş arasında fərqlər kifayət qədər çoxdur. Fiziki hərəkətsizlik qlobal miqyasda kişilərlə müqayisədə qadınlar arasında daha çox rast gəlinir, hərəkətsizlik nisbəti 29% ilə müqayisədə 34% təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources