EN

Boliviyada dövlət çevrilişi cəhdi ilə bağlı açıqlama

Boliviya Prezidenti Luis Arse onu dəstəklədikləri üçün ölkə sakinlərinə və başqa dövlətlərin prezidentlərinə təşəkkürünü bildirib. 

Qeyd edək ki, Boliviyada dövlət çevrilişi cəhdi olub, general Xuan Xose Suniqa respublikada hakimiyyəti ələ keçirməyə çalışıb.

Boliviya Prezidenti X şəbəkəsindəki səhifəsində yazıb: "Boliviyalıların əksəriyyəti tərəfindən qanuni şəkildə seçilmiş hökumətimizə qarşı dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyən və Boliviya demokratiyasını dəstəkləyən çıxışlar edən beynəlxalq təşkilatların rəhbərlərinə və  dost ölkələrin prezidentlərinə təşəkkür edirik". 

Arse "küçələrə çıxaraq dövlət çevrilişi cəhdinə etirazlarını bildirən bütün Boliviya xalqına və ictimai təşkilatlara təşəkkürümüzü bildiririk".

Qeyd edək ki, dövlət çevrilişinə cəhd edən hərbçilərin La-Pasada (Boliviyanın faktiki paytaxtı) yerləşən Murilya meydanında (hökumət binalarının yerləşdiyi ərazinin qarşısında) yaratdığı qarışıqlıq 3 saat davam edib. Nəticədə 9 nəfər yaralanıb.

Həmin vaxt ərzində Prezident sarayın içərisində olub. Millətə müraciətlə çıxış edib, baş verən hadisəni dövlət çevrilişinə cəhd adlandırıb, orduya yeni rəhbər təyin edib. Yeni ordu komandanı hərbçiləri meydanı tərk eləməyə çağırıb. Əsgərlər onun əmrini yerinə yetiriblər. 

Qarışıqlıq başladıqdan sonra ordu komandanı vəzifəsindən azad edilmiş general Suniqa, HHQ generalı Havyer Seqarra və vitse-admiral Xuan Arnes Salvador həbs ediliblər.

Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
hurriyyet.az

1Sources