![Gələn](https://azertag.az/files/2024/2/1200x630/17194704921857152199_1200x630.jpg)
Bakı, 27 iyun, AZƏRTAC
2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Test imtahanları iyulun 2-dən 10-dək ölkənin 18 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunacaq.