EN

Kürdəmirdə təhlükəli vəziyyət: Çay daşdı, ətraf əraziləri su basdı – VİDEO  

Kürdəmirdə Girdimançaydan sel keçib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yağan güclü leysan yağışları nəticəsində Girdiman çayının rayonun Ərşəli kəndindən keçən hissəsində təhlükəli anlar yaşanıb. 

Çayın daşması nəticəsində ətraf ərazilər, eləcə də elektrik dirəkləri su içində qalıb. Sel suları Bakı-Qazax yolundan keçən körpü üçün də təhlükə yaradıb. 

Hazırda selin yaratdığı fəsadlar davam edir. Əgər suyun səviyyəsi azalmasa, ətraf ərazilər su altında qala bilər. 

Selin görüntülərini təqdim edirik: 
 

Bizim.Media, Aran bürosu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
bizim.media

1Sources