EN

Bu gün üçrəngli bayrağımız Azərbaycanın bütün ərazisində dalğalanır- ÖZƏL

"Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Milli Ordu quruculuğu müstəqilliyini yenidən qazanan Azərbaycan Respublikasında tarixi varislik prinsipi əsasında yeni mərhələyə qədəm qoydu və bu gün ordumuz Vətənin keşiyində duran, dövlətimizin dayağı olan qüdrətli ordu səviyyəsinə çatdırılıb".

"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi: "2023-cü il sentyabrın 19-20-də keçirilən sürətli və çox uğurlu antiterror əməliyyatı ilə bütün ərazilərimizdə süverenliyimiz təmin olundu. Bu gün üçrəngli bayrağımız Azərbaycanın bütün ərazisində əzəmətlə dalğalanır. 26 İyun-Silahlı Qüvvələr Gününü hərbi rəşadət, şərəf və igidlik bayramına, Azərbaycan xalqınının-qalib xalqa çevrilməsi yolunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, Vətən naminə hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizə Allahdan şəfa diləyirik".
 

Alim Hüseynli 
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
olaylar.az

1Sources