Kotayk vilayətinin keçmiş prokuroru Apres Qriqoryan Ermənistanın baş prokuroru Anna Vardapetyana qarşı məhkəmədə qalib gəlib.
Musavat.com xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Qriqoryan 2023-cü ilin avqustunda Vardapetyanı onun telefon danışıqlarının dinlənilməsi ilə əlaqələndirdiyi işdən çıxarılması ilə bağlı məhkəməyə verib.
Nəşrin məlumatına görə, mayın 24-də Kassasiya Məhkəməsi Qriqoryanın şikayətini təmin edib və indi o, işə bərpa olunmalıdır.
Musavat.com