EN

Boliviya Daxili İşlər Nazirliyi çevriliş cəhdində əli olanların həbsindən danışıb

Boliviya Daxili İşlər Nazirliyi çevriliş cəhdində əli olanların həbsindən danışıb




Boliviya Daxili İşlər Nazirliyinin rəhbəri Karlos del Kastillo bildirib ki, ölkə polisi dövlət çevrilişinə cəhddə iştirak edən iki generalı saxlayıb, lakin bir qrup şəxs şübhə altında qalır. Bu barədə TASS məlumat yayıb.Onun sözlərinə görə, bir qrup şəxs barəsində araşdırma aparılacaq. Bütün təfərrüatlar dəqiqləşən kimi onlara hökm veriləcək ki, bir daha belə hal olmasın, deyə nazir vurğulayıb.Del Castillo əlavə edib ki, Boliviya Hərbi Dəniz Qüvvələrinin həbsdə olan keçmiş rəhbəri Xuan Arnez Salvador ölkə vətəndaşlarının artıq “macəralı dövlət çevrilişlərini və boliviyalılar arasında toqquşmaları istəmədiyini başa düşmür.Bundan əvvəl Boliviyada dövlət çevrilişinə cəhd nəticəsində azı 9 nəfərin yaralandığı məlum olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
patrul.az

1Sources