EN

Yusif Eyvazov və Anna Netrebko boşandı

Azərbaycan Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko boşanıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qərarı cütlük Avstriya mətbuatına açıqlayıb.

“Birlikdə keçirdiyimiz 10 xoşbəxt ildən sonra biz ayrılmaqla bağlı çətin, lakin dostcasına qərar verdik”, - ikili bildirib.

Xatırladaq ki, cütlük 2015-ci ildə Vyanada ailə qurmuşdu. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var.

Yusif Eyvazov hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur.






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
qafqazinfo.az

1Sources